“Finalda rəqibimizi gözləyirik”

“Sabah” basketboklubu ölkə çempionatının yarımfinal pley-off sıralamasının növbəti oyununda səfərdə “Şəki”yə 96:72 qalib gəlib. Allsport.az saytı xəbər verir ki, matçdan sonra qonaqların baş məşqçisi Rimas Kurtinaytis bunu deyib:

“Qələbəyə görə şadam. Əla oynadıq. Sonuncu periodda artıq hər şey məlum idi. Səfərdə oynamığımıza baxmayaraq təmkinli çıxış etdik.

Nəticə və göstərilən oyun bizi qane edir. Finalda rəqibimizi gözləyirik. Rəqib komandanı da yarımfinalda yaxşı mübarizəyə görə təbrik edirəm”.

Müntəzəm çempionatda “A” qrupun qalibi ilk oyununda “Şəki”ni 86:73 üstələyib.

Həmin kateqoriyadan