“Finalda yapon güləşçiyə qarşı psixoloji yaxşı hazırlaşdığım üçün, nəticə istədiyim kimi oldu”

Romada güləş üzrə yeniyetmələrin dünya çempionatında 49 kq-da Ruzanna Məmmədova baş mükafata sahib çıxıb. Allsport.az saytı xəbər verir ki, düünən gecə qızlardan ibarət milli vətənə qayıdıb. Heydər Əliyev beynəlxalq aeroportunda qalib idmançı sevincini belə bölüşüb:

“Dünya çempionatına kəmər qazanmaq üçün yollanmışdım. Finala qədər 4 görüş keçirdim. Hamısında rahat qələbə qazandım. Mənim üçün ən maraqlı qarşılaşma final görüşü idi. Həlledici görüşdə Yaponiya güləşçisiylə qarşılaşdım. Əslində rəqibin hansı ölkədən olması önəmli deyil.

Önəmli olan sənin qarşına qoyduğun məqsəddir. Yaponiya güləşçisinin finaladək bütün görüşlərini vaxtından əvvəl qələbəylə başa vurması məni həyəcanlandırmırdı. Çünki qələbə qazanacağıma əmin idim. Ötən il dünya çempionatında gümüş medal qazanmışdım. Bir addımlığında kəməri itirmişdim.

Bu dəfə sırf kəməri qazanmaq üçün yollanmışdım. Ona görə də rəqibimin kimliyi, hansı güləşçiyə hansı hesabla qalib gəlməsi mənim üçün maraqlı deyildi. Finala psixoloji cəhətdən yaxşı hazırlaşdığım üçün nəticə istədiyim kimi oldu”.

Həmin kateqoriyadan

AzerbaijaniEnglishRussianTurkish