- Baxış sayı: 52
- 05 Fevral 2026 11:58
- Baxış sayı: 110
- Fevral 06, 2026
- 0

22-25 yanvarda Azərbaycanı beynəlxalq fiqurlu konkisürmə üzrə yarışlarda təmsil edən idmançımız Nərgiz Süleymanova İtaliyanın Merano şəhərində keçirilən “Merano Ice Trophy” adlı yarışında iştirak edib.
Allsport.az xəbər verir ki, turnirin nəticələrinə əsasən qısa və sərbəst proqram üzrə çıxış edən Nərgiz Süleymanova 10 idmançı arasında 166.39 xal toplayaraq gümüş medala sahib olub.