- Baxış sayı: 48
- 06 Noyabr 2025 17:23
- Baxış sayı: 41
- Noyabr 06, 2025
- 0

Yapon fiqurlu konkisürən Rika Kihira buz rəqsinə keçdiyini açıqlayıb.
Allsport.az xəbər verir ki, onun komanda yoldaşı 2025-ci il qış Asiya oyunlarının bürünc mükafatçısı, Yaponiya çempionatının ikiqat gümüş mükafatçısı, yeniyetmələr arasında buz rəqsi üzrə ikiqat Yaponiya çempionu və 2020-ci il yeniyetmələrin qış olimpiya oyunlarının komanda çempionu Şinqo Nişiyama olacaq.
Kihira sosial şəbəkədə yazıb: “Bu dəfə buz rəqsi komandası yaratmağa qərar verdik. Mən özümü buz rəqsində sınayıram. Arzularıma doğru çalışmaqda davam edəcəyəm”.
Cütlük Monreal akademiyasında məşq edəcək.