- Baxış sayı: 36
- 18 İyul 2025 22:16
- Baxış sayı: 205
- İyul 17, 2025
- 0
Bakıda ilk dəfə keçiriləcək UFC turniri ərəfəsində “Qarabağ” klubunun stadionunda azərbaycanlı idmançı Rafael Fiziyev, Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov və futbolçu Bəhlul Mustafazadənin bir araya gəliblər.
Allsport.az xəbər verir ki, 32 yaşlı döyüşçü klubun bazasına gəlib, Qurban Qurbanov ilə görüşüb. Baş məşqçı Fiziyevi stadionla tanış edib.
53 yaşlı mütəxəssis ona “11” nömrəli klub formasını hədiyyə edib. Fizyev isə öz növbəsində baş məşqçiyə UFC-nin rəsmi əlcəklərini təqdim edib.
Daha sonra Rafael Fiziyev və Bəhlul Mustafazadə məşhur “tirə zərbə” oyununda qüvvələrini sınayıblar. Ardınca Rafael Bəhlula bir neçə zərbə texnikasını nümayiş etdirib.
47.3 milyon izləyicisi olan UFC-nin rəsmi instaqram səhifəsində tədbirdən foto və videolar paylaşılıb.