Flaqman 17 ilin rekordunu təkrarlayıb

“Neftçi” premyer liqanın ilk 5 turunda 12 qol vurmaqla son 17 ilin ən yüksək məhsuldarlığı təkrarlayıb. Allsport.az saytı xəbər verir ki, Bakı klubu 2007/08 mövsümündə də eyni göstəriciyə nail olmuşdu.

Flaqmanın startda daha çox qol vurmasına isə 2005/06 mövsümünə təsadüf olunub. Həmin vaxt “Neftçi” ilk 5 turda 13 dəfə rəqib qapısına yol tapıb. Sonrakı 17 mövsüm üçün rekord isə 2007/08 və 2022/23 mövsümlərinə aiddir.

Laurentsiu Regekampfın komandası həm də ilk 5 turda iki böyük hesablı qələbə qazanıb. “Ağ-qaralar” sonuncu dəfə azarkeşlərini belə startla 2003/04 mövsümündə sevindirib. 19 il öncə 5 oyundan 2-sində 3 və ya daha çox top fərqi qeydə alınıb.

“Neftçi” cari mövsümdə “Şamaxı” (1:0), “Kəpəz” (5:2), “Sabah” (1:2), “Zirə” (2:1) və “Sumqayıt”la (3:0) üz-üzə gəlib.

Həmin kateqoriyadan

AzerbaijaniEnglishRussianTurkish