Formula-1 komandalarının təqdimatı nə vaxtı olacaq?

Formula-1 komandalarının yeni mövsüm üçün təqdimat mərasimlərinin tarixi məlum olub. Allsport.az xəbər verir ki, dünya çempionatında çıxış edən 10 komandadan 9-u fevralın 3-dən 16-dək bolidlərini ictimaiyyətə təqdim edəcək.

Yalnız “Uilyams” yarış avtomobilinin avadanlığını nümayiş etdirəcək. Sürət həvəskarlarına yeni bolidini göstərəcək ilk komanda Mühəndislər kubokunun son qalibi “Red Bull” olacaq. Avstriya komandası fevralın 3-də yarış avtomobilini ictimaiyyət qarşısına çıxaracaq. Fevralın 7-də “Alfa Romeo” Formula 1 həvəskarlarını təəccübləndirməyə çalışacaq.

Dörd gün sonra “Alfa Romeo” ictimaiyyəti AT04 bolidi ilə tanış edəcək. Fevralın 13-də isə “Maklaren”lə “Aston Martin” diqqət mərkəzinə düşəcək. Növbəti iki gündə “Ferrari” ilə “Mercedes” Formula 1-də yarışacaq maşınlarının təqdimat mərasimini keçirəcəklər. Komandalar arasında sonuncu olaraq “Alpin” fevralın 16-da bolidini nümayiş etdirəcək.

Formula-1-də yeni mövsüm martın 5-də Bəhreyndə start götürəcək. İyirmi üç mükafat yarışından ibarət dünya çempionata noyabrın 26-da BƏƏ-də yekun vurulacaq.

Azərbaycan qran prisinin final mərhələsi isə aprelin 30-da keçiriləcək.

Həmin kateqoriyadan

AzerbaijaniEnglishRussianTurkish