Fransa klubunun baş məşqçisi: “Qarabağ” ölkədəki vəziyyətə görə daha istəkli oynayacaq

“Heç vaxt azarkeşin matçı qazandığını görməmişəm. “Qarabağ”ın məşhur komanda olduğunu bilirik. Onlar ölkədəki vəziyyətə görə daha istəkli oynayacaqlar”.

Allsport.az saytı xəbər verir ki, bunu Avropa liqasının “G” qrupunun 2-ci turu çərçivəsində “Qarabağ”ın qonağı olacaq Fransanın “Nant” klubunun baş məşqçisi Antuan Kombuare deyib. O, rəqibin əvvəlki matçlarını izlədiyini deyib, avrokuboklarda böyük təcrübəyə malik olduğunu qeyd edib:

“Yorğunluq komanda üçün bəhanə olmayacaq. Ard-arda oyunlarımız var, istirahət edə bilmirik. Amma hər bir oyunçunun qarşısında həvəslə və tam güclə oynamaq tapşırığı qoyuram. Əlimizdən gələni etməli, bütün gücümüzü ortaya qoymalıyıq”.

Sentyabrın 15-də Tofiq Bəhramov adına respublika stadionunda görüş saat 20:45-də başlayacaq.

Həmin kateqoriyadan

AzerbaijaniEnglishRussianTurkish