Fransalı müdafiəçi: “Qarabağ”a yenilgi hələ də boğazımda düyünlənib

““Frayburq”la 2 oyun və çempionatda mübarizə barədə düşünürəm. Bunlar mürəkkəb, eyni zamanda vacib oyunlardır. Avropa səviyyəsində bir neçə böyük klubla qarşılaşacağıq. Bu cür təqvimi sevirik, uğurlu sıralama üçün ayaqlarımızı yerə basmalıyıq”.

Allsport.az saytı xəbər verir ki, bu sözü “Nant”ın futbolçusu Dennis Appia deyib. Fransalı müdafiəçi hələ də Bakıda “Qarabağ”a 0:3 hesabı ilə uduzduqları görüşü unuda bilmədiyini qeyd edib:  “Avropa liqasının qrupunda “Olimpiakos” üzərində qələbə əla idi.

Bunun üçün hər şeyimizi ortaya qoyduq. Hissi baxımdan, bu turnir daha çox şey gətirir. Ancaq 2-ci turda “Qarabağ”a yenilgi hələ də boğazımda düyünlənib. Avrokubok matçlarının nə qədər mürəkkəb olduğunu bilirik”.

Oktyabrın 6-da “G” qrupunun 3-cü turunda “Qarabağ” “Olimpiakos”un, “Nant” isə “Frayburq”un qonağı olacaq. 

Həmin kateqoriyadan

AzerbaijaniEnglishRussianTurkish