- Baxış sayı: 41
- 16 İyul 2025 18:59
- Baxış sayı: 180
- İyul 17, 2025
- 0
Azərbaycan voleybol federasiyasının kommunikasiya şöbəsinin beynəlxalq əlaqələr üzrə mütəxəssisi Mixail Frişman Avropa voleybol konfederasiyası tərəfindən (CEV) növbəti dəfə təyinat alıb.
Allsport.az xəbər verir ki, Frişman qadın voleybolçular arasında (U-22) 2026 Avropa çempionatının təsnifat mərhələsinin oyunlarında iştirak edəcək. O, 4-6 iyulda Latviyada baş tutacaq “B” qrupunun oyunlarında supervayzer kimi hakimlərin işinə qiymət verəcək.
Burada ev sahibi ilə yanaşı, Danimarka və Ukrayna komandaları mübarizə aparacaqlar.