• Ça. İyl 5th, 2022

Fuad Aslanov “Ustadla görüş” idman layihəsində

Apr 25, 2022

Aprelin 25-də Azərbaycan dövlət bədən tərbiyəsi və idman akademiyasında karyera mərkəzinin təşkilatçılığı ilə “Ustadla görüş” idman layihəsi çərçivəsində sabiq boksçu, Afina olimpiadasının bürünc mükafatçısı BBA-nın beynəlxalq dərəcəli hakimi Fuad Aslanovla görüş keçirilib.

Allsport.az saytı xəbər verir ki, toplantıda “İdmanın təkmübarizlik növləri” kafedrasının ixtisasçılarından ibarət tələbə və professor-müəllim heyəti iştirak edib. Qonaq, söhbət zamanı iştirakçılara boks idman növünün dərinlikləri, idmana gəlişi və karyerası ərzində qarşılaşdığı çətinliklər, eləcə də üzləşdiyi problemlərin həll yolları, qazandığı nailiyyətlər və uğura gedən yoldan bəhs edib.

Sonra tələbələrin suallarını cavablandırıb, onlara tövsiyələrini verib. İdman işləri üzrə prorektor Fərid Mansurov ona öz təcrübəsini tələbələrlə bölüşdüyü üçün təşəkkürünü bildirib. Bildirib ki, layihənin əsas məqsədi bədən tərbiyəsi və idman sahəsində maarifləndirmə işinin artırılması və gələcək mütəxəssislərə dəstək olmaqdır.

AllEscortAllEscort