- Baxış sayı: 35
- 06 Dekabr 2024 23:35
- Baxış sayı: 104
- Dekabr 05, 2024
- 0
AFFA-nın sistemində müxtəlif vaxtlarda qeydiyyatdan keçmiş 191 nəfər 2020-ci il sentyabrın 27-də başlayan 2-ci Vətən müharibəsində qəhrəmancasına haqq dərgahına qovuşub. Allsport.az saytı xəbər verir ki, onlardan 190 nəfər oyunçu, 1 nəfər isə məşqçi kimi sistemdə qeydiyyatda olmub.
Şəhidlərin ən gənci 2002-ci il, ən yaşlı olanı isə 1982-ci il təvəllüdlüdür. 2009-cu ildən bu günə kimi 212.000-dən çox şəxs AFFA-nın sistemində qeydiyyata alınmışdır. Bu sistem futbolla məşğul olan şəxslərin – futbolçuların, məşqçilərin və digər texniki işçilərin – qeydiyyatını əhatə edir.
Xatırladaq ki, şəhid olan mülki şəxslər arasında Azərbaycan futbol ailəsinin 13 yaşlı üzvü Şəhriyar Qurbanov da var.
Allah bütün şəhidlərimizə rəhmət etsin!