- Baxış sayı: 30
- 27 Aprel 2025 23:50
- Baxış sayı: 93
- Aprel 27, 2025
- 0
AFFA-nın sabiq baş katibi, futbol veteranı Çingiz İsmayılov vəfat edib.
Allsport.az xəbər verir ki, o, 89 yaşında dünyasını dəyişib.
1955–1962-ci illərdə “Neftçi”nin şərəfini qorumuş Çingiz İsmayılov 1986-1994-cü illərdə bu komandanın rəisi vəzifəsində çalışıb. Uzun illər televiziyada futbol şərhçisi kimi fəaliyyət göstərən Çingiz İsmayılov 2022-ci ilin dekabrında “Tərəqqi” medalı ilə təltif edilib.