- Baxış sayı: 41
- 25 Aprel 2025 23:23
- Baxış sayı: 79
- Aprel 25, 2025
- 0
Azərbaycan premyer liqasının XXVI turunun “Araz-Naxçıvan” – “Qarabağ” oyunundan (1:3) sonra meydan sahibi komandanın baş məşqçisi Elmar Baxşıyevin mətbuat konfransı keçirilib. Allsport.az xəbər verir ki, o, heyətlə bağlı sıxıntılarının olduğunu deyib:
“Maraqlı oyunun şahidi olduq. Meydanda dinamik oyun getdi. Kubok matçlarını da nəzərə alsaq, 4 gündən bir oyun keçiririk. Heyətlə bağlı sıxıntılarımız olsa da, futbolçularım oyunları ilə bunu meydanda bizə yaşatmadılar. Onlara təşəkkür edirəm. Yaxşı komandaya məğlub olduq. Bu görüşü unudub, qarşıdakı matçları düşünməliyik.
Futbolçularımıza çox rahat şəkildə vərəqə göstərirlər. Ötən oyunda İqora verilən vərəqəyə baxın. Niyəsə hər zaman limitə yaxın olan futbolçularımıza bunu edirlər və onlar cəzalı duruma düşürlər. Həqiqəti həqiqət kimi göstərmək vacibdir. Bu neçə oyundur baş verir. Bu gün meydanda 20 futbolçu mübahisə edir, amma qırmızı vərəqə ancaq Santosa göstərilir”.