“Futbolçuların üzrərində təzyiq və stres vardı”

“Zirə” premyer liqanın 13-cü turunda evdə “Səbail”ə 1:0 qalib gəlib. Allsport.az saytı xəbər verir ki, mətbuat konfransında meydan sahiblərinin baş məşqçisi Rəşad Sadıqov bunu deyib: “Oyun gözlədiyimizdən də çətin və gərgin keçdi. İlk hissədə daha rahat idi. Topla yaxşı davranırdıq. Hücumlarda da yaxşıydıq. Amma məntiqi sona gətirə bilmirdik. Hardasa ustalıq çatmırdı, həyacan vardı.

2-ci hissədə rəqib bizi daha kəsərli və aqresiv qarşılamağa başladı. Dəqiqələr ötdükcə, sağ cinahdan yüklənirdik. Bunun sonunda qol vura bildik. Açığı, futbolçuların üzrərində təzyiq və stres vardı. Yarış cədvəlində durum, özəlliklə, son turda 90+4-cü dəqiqədə qol buraxaraq acı yenilgi təsirsiz ötüşmürdü. Allaha çox şükürlər olsun ki, vacib qələbə qazandıq”.

Həmin kateqoriyadan

AzerbaijaniEnglishRussianTurkish