- Baxış sayı: 37
- 23 Yanvar 2025 23:53
- Baxış sayı: 80
- Yanvar 23, 2025
- 0
Almaniya 2-ci Bundesliqasında 31-ci turun oyunları keçirilib.
Allsport.az saytı xəbər verir ki, yığmamızın yarımmüdafiəçisi Dmitri Nəzərovun çıxış etdiyi “Ersgebirge” doğma meydanda millimizin keçmiş futbolçusu Toğrul Əratın komandası “Duysburq”la qarşılaşıb.
Bu görüş qonaqların 3:1 qələbəsi ilə başa çatıb. Dima mübarizəyə start heyətdə başlayıb və sonadək oynayıb. “Bənövşəyilər”in 83-cü dəqiqədə yeganə qolunu da o vurub.
Aue Hazırda “Ersgebirge” 39 xalla 18 kollektiv arasında 13-cü pillədə qərarlaşıbsa, “Duysburq” 41 xalla 10-cudu.