Futzalda yeni mövsümün püşkü atılıb

Bu gün Bakı idman sarayında futzal üzrə yeni mövsümün püşkü atılıb. Allsport.az saytı xəbər verir ki, nəticədə, yüksək liqada sentyabrın 26-da 1-ci turda “Baku Fire” – “Neftçi”, U-19 – “Record” və “Araz-Naxçıvan” – “Alyans” (Lənkəran) üz-üzə gələcək.

Oktyabrın 13-14-də 1-ci liqanın ilk turunda “Baku Fire-2” “Şamaxı”, “Alyans Qrup” “STAR kargo”, VİFLY “Şuşa”, “Standard” U-17, “Dəstə Ordubad” isə AzDBTİA ilə qarşılaşacaqlar.

2-ci liqaya oktyabrın 16-da start veriləcək. İlk turda “Dalğa” – “Advokat”, “Timsport” – “Zəngilan”, “Rəvan” – “Baku Fire-3”, “Metropoliten” – “Xan-Lənkəran” və “Çinar Zəngilan” – “Flaqman” oyunları baş tutacaq.

Yüksək liqada komandalar 4, 1-ci və 2-ci liqalarda isə 2 dövrədə mübarizə aparacaqlar. Əsas mərhələni ilk 4 sırada başa vuracaq iştirakçılar pley-off oyunlarına yüksələcək. Lider dördüncü, ikinci pillənin sahibi isə üçüncü yerdə qərarlaşan komanda ilə üz-üzə gələcək. İki qələbə qazanan komandalar finala, məğlub olan iştirakçılar isə üçüncü yer uğrunda oyunda iştirak edəcəklər. Final və üçüncü yer uğrunda qarşılaşma bir oyundan ibarət olacaq.

Həmin kateqoriyadan

AzerbaijaniEnglishRussianTurkish