Gələn il həndbolçu qızlar arasında Avropa çempionatı Azərbaycanda keçiriləcək

Lüksemburqda Avropa həndbol federasiyasının 16-ci konfransı və 15-ci konqresinə start verilib. Allsport.az saytı xəbər verir ki, tədbirlərdə ölkəmizi AHF-in vitse-prezidenti Orxan Abbasov təmsil edir.

3 gün davam edəcək tədbirlərdə Avropa qadın həndbolunun hazırki durumu, iştirakçı federasiyaların sayının artırılması, çimərlik həndbolunun inkişaf perspektivləri, eyni zamanda, 2023-cü ildə qızlar arasında Avropa çempionatlarının təşkil olunacağı yerlərin seçilməsi və digər məsələlər müzakirə olunur.

Bununla yanaşı, AHF-in icraiyyə komitəsinin iclası da keçirilib. Toplantıda 2005-ci il təvəllüdlü qızlar arasında Avropa çempionatının 2023-cü ildə Bakıda keçirilməsi ilə bağlı qərar qəbul olunub.

Həmin kateqoriyadan

AzerbaijaniEnglishRussianTurkish