- Baxış sayı: 19
- 19 Fevral 2025 18:28
- Baxış sayı: 275
- Fevral 18, 2025
- 0
3 fevralda AFFA-nın inzibati binasında qurumun prezidenti Rövşən Nəcəfin rəhbərliyi altında İcraiyyə Komitəsinin növbəti iclası keçirilib. Allsport.az saytı xəbər verir ki, icraçı vitse-prezident Sərxan Hacıyev iclasın gündəliyi barədə məlumat verib. Sonra gündəlikdə duran məsələlər müzakirə olunub. AFFA-nın yeni baş katibinin təyinatı olub. İcraiyyə komitəsi Cahangir Fərəcullayevin bu vəzifəyə təyin olunması barədə qərar qəbul edib.
İclasda AFFA-nın 2025-ci il üçün büdcəsi təsdiqlənib. Həmçinin AFFA-nın 2025-2028-ci illəri əhatə edən inkişaf strategiyası qəbul olunub.
İclasda premyer liqada klub sayının artırılması məsələsi müzakirə olunub. 2025/2026-cı illər mövsümündən komanda sayının 10-dan 12-yə artırılması qərara alınıb. Çempionatın əsasnaməsi və qaydası İK-in növbəti toplantısında müzakirə ediləcək.
Eyni zamanda ölk çempionatında 2025/2026-cı illər mövsümündən legionçu həddinin ləğvi qərara alınıb. Yeni mövsümdən sayda aşağıdakı göstəricilər tətbiq olunacaq:
Oyunun sifariş vərəqəsində maksimum 17 əcnəbi futbolçu ola bilər.
Meydanda eyni anda 11 əcnəbi futbolçu oynaya bilər.
Legionçu futbolçular üçün rüsum aşağıdakı kimi olacaq:
1-dən 7-yə qədər: 5000 (beş min) AZN
8-dən 12-yə qədər: 10000 (on min) AZN
13-dən 15-ə qədər: 100000 (yüz min) AZN
16 və daha yuxarı: 200000 (iki yüz min) AZN
Öz ölkəsinin milli komandasının üzvü olub-olmamasından asılı olmayaraq, bütün legionerçulara rüsum tətbiq ediləcək. Heyətində yerli futbolçular oynadan klublara xüsusi hesablama üsulu ilə əlavə ödəniləcək. Bonuslar legionçu rüsumundan əldə ediləcək vəsaitdən veriləcək.
İcraiyyə komitəsi 17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının (2008-ci il təvəllüd) baş məşqçisi İlham Yadullayevin müqavilə müddətinin “UEFA İnkişaf Turniri – 2025”də iştirakla əlaqədar mayın 1-dək uzadılması barədə qərar qəbul edib. Digər yaş qrupları üzrə milli komandaların baş məşqçilərinin təyinatı komitənin növbəti iclasında müzakirə olunacaq.