“Gəncə” doğma meydanında uduzub

Qadın voleybolçular arasında yüksək liqada II turun növbəti oyunu keçirilib.

Allsport.az xəbər verir ki, Gəncə idman sarayında “Gəncə” komandası “Milli aviasiya akademiyası” klubunu qəbul edib. Qarşılaşma qonaqların 3:2 hesablı qələbəsi ilə başa çatıb.

Yüksək liqa (qadınlar)
Il tur
7 dekabr
“Gəncə” – “Milli aviasiya akademiyası” 2:3 (20:25, 21:25, 25:17, 25:18, 11:15)

II turdan sonra nəticələr
“Abşeron” – 2 oyun, 2 qələbə, 0 məğlub, 6 xal;
“Azərreyl”- 2 oyun, 2 qələbə, 0 məğlub, 5 xal;
“Murov Az terminal” – 2 oyun, 1 qələbə, 1 məğlub, 4 xal;
“Milli aviasiya akademiyası” – 2 oyun, 1 qələbə, 1 məğlub, 2 xal;
“Gəncə” – 2 oyun, 0 qələbə, 2 məğlub, 1 xal;
UNEC – 2 oyun, 0 qələbə, 2 məğlub, 0 xal;

Üçüncü turun oyunları 13 dekabr tarixlərində keçiriləcək.

Həmin kateqoriyadan