- Baxış sayı: 15
- 24 Mart 2023 12:40
- Baxış sayı: 23
- Mart 24, 2023
- 0
Həftəsonu Azərbaycan basketbol liqasında 19-cu turun daha 2 oyunu keçirilib.
Allsport.az saytı xəbər verir ki, Gəncə olimpiya idman kompleksində bu şəhərin eyni adlı komandası “Neftçi”ni qəbul edib və rəqibə 83:73 qalib gəliblər. Gəncə”də Kolin Törner (22 xal, 11 ötürmə), “Neftçi İdman Klubu”ndan Qlen Börns (19 xal, 4 götürmə) fərqlənib.
Şəki olimpiya idman kompleksində isə yerli “Olimpik” Astaranın “Zirvə” komandasına 73:89 hesablı ilə uduzub. Meydan sahiblərindən Larri Robinson (18 xal, 6 ribaund), qonaqlardan Zaur Paşayev (20 xal, 9 götürmə) ən məhsuldar olub.