Gəncə klubunun hücumçusu məşqlərə başlayıb

“Kəpəz”in zədəli futbolçularından Mixeil Erqemlidze məşqlərə başlayıb. Allsport.az saytı xəbər verir ki, körpücük sümüyünü zədələyən hücumçu, tibb xidmətinin müsbət diaqnozundan sonra, fərdi halda hazırlıq keçib.

Daha sonra qrup şəklində məşqlərə qoşulub. Futbolçunun həftəsonu “Səbail” ilə görüşdə oynayıb-oynamayacağı hazırlığından asılı olacaq.

“Neftçi” ilə oyunda zədələnən digər futbolçu Yeqor Xvalkonun isə müalicəsi davam edir.

Həmin kateqoriyadan

AzerbaijaniEnglishRussianTurkish