FOTO
Gəncə şəhər stadionu da erməni terrorundan ziyan çəkib

“Kəpəz”in ev oyunlarını keçirdiyi Gəncə şəhər stadionu da erməni terrorundan zərər görən obyektlər sırasındadır. Allsport.az saytı xəbər verir ki, bu barədə klubunun mətbuat xidməti məlumat yayıb.

Gecə saatlarında Gəncədə dinc əhalini xaincəsinə hədəfə alan düşmənin artilleriya zərbəsi nəticəsində bir çox obyektlər kimi, yaxın ətrafda olan arenaya da zərər dəyib. Yarıməsrdən çox tarixi olan stadionda hazırda vəziyyət şəkillərdən göründüyü kimidir. Məlum hadisədən sonra stadionun inzibati binasında qapı və pəncərələrin çərçivələri yerindən çıxıb, şüşələr qırılıb.

Qurğu Gəncə şəhər gənclər və idman baş idarəsindən uzun müddətə icarəyə götürülüb və klub üçün baza rolunu oynayır. “Kəpəz”in əsas və müxtəlif yaş qrupları üzrə komandaları məşqlərini və oyunlarını burada keçirir.

Gecə stadionda mühafizə xidmətinin əməkdaşları və pansionatda qalan gəlmə futbolçular olub. Xoşbəxtlikdən, xəsarət alan olmayıb. Stadiondakı vəziyyətlə bağlı müvafiq qurumlara məlumat verilib.

Həmin kateqoriyadan

AzerbaijaniEnglishRussianTurkish