Gəncədə regional şahmat seminarı

Azərbaycan şahmat federasiyasının məşqçilər komissiyasının təşkilatçılığı ilə Gəncə şəhərində regional seminar keçirilib. Allsport.az saytı xəbər verir ki, məşğələdə Gəncə, Şəmkir, Mingəçevir, Gədəbəy, Tovuzdan ümumilikdə 50 məşqçi-müəllim iştirak ediblər.

Tədbirdə ibtidai hazırlıq və təlim-məşq qrupları ilə tədris aparan məşqçilərlə müasir medotiki yanaşmalar, təcrübə mübadiləsi, tədrisdə müasir şahmat proqramlarının və elektron vəsaitlərin rolu barədə danışılıb.

Seminarı AŞF-in məşqçilər komissiyasının rəhbəri Anar Allahverdiyev və “Təhsil” RİM-in şahmat üzrə baş məşqçisi Raul Quliyev aparıblar.

Həmin kateqoriyadan

AzerbaijaniEnglishRussianTurkish