Gənc basketbolçular Tbilisidə

1 iyundan etibarən U-18 oğlan milli Tbilisidə təlim-məşq toplanışının ilk mərhələsinə başlayıb. Allsport.az xəbər verir ki, Anar Sarıyevin rəhbərlik etdiyi yığıncaq çərçivəsində yerli komandalarla bir neçə yoldaşlıq oyunu keçirməsi də planlaşdırılır. Hazırlıq prosesində əsas məqsəd 25 iyul – 3 avqust Rumıniyanın Piteşti şəhərində keçiriləcək Avropa çempionatı “B” divizionunun oyunlarına hazırlaşmaqdır. Toplanışının ilk mərhələsi 12 iyunda yekunlaşacaq.

Həmin kateqoriyadan