Gənc boksçular dünya çempionatına yollanıb

Noyabrın 15-də İspaniyanın Alikante şəhərində gənc boksçuların dünya çempionatı start götürəcək. Allsport.az saytı xəbər verir ki, 12 gün davam edəcək yarışda 89 ölkədən 684 (476 oğlan, 208 qız) idmançı mübarizə aparacaq.

Oğlanlardan ibarət millinin baş məşqçisi Elbrus Rzayev, məşqçilər Vüqar Məmmədovla Elvin Məmişzadə səfərdə Tural Sarıyev (48 kq), Amin Məmmədzadə (51 kq), Kamil Babayev (54 kq), Mətin Məmmədov (57 kq), Tacı Tağızadə (60 kq), Sənan Hətəmov (67 kq), Daniel Xolostenko (71 kq), Rza Rzazadə (75 kq), Fətəli İsmayılov (80 kq), Rəşid Məmmədov (86 kq) və Səbuhi Əlizadəyə (+92 kq) fürsət verəcəklər.

Qızlardan ibarət yığmanın məşqçisi İlkin Ağayev isə mundialda Mehparə Məmmədova (48 kq) və Aysu Dərvişovanı (57 kq) sınayacaq.

Komandaya ABF-in idarə heyətinin üzvü Rövşən Hüseynov rəhbərlik edəcək. Boksçularımız noyabrın 28-də Vətənə dönəcək. Dünya çempionatında İBA-nın dəvəti ilə azərbaycanlı hakim Anar Babanlı da ədalət təmsilçiləri sırasında yer alacaq.

Həmin kateqoriyadan

AzerbaijaniEnglishRussianTurkish