Gənc boksçularımız qitə birinciliyini 1 qızıl və 1 bürünc medalla başa vurub

Bolqarıstan paytaxtı Sofiyada gənc boksçuların Avropa birinciliyində final döyüşlərinə start verilib. Allsport.az saytı xəbər verir ki, Kənan Babayev (48 kq) həlledici görüşdə polşalı Nikolas Marsel Pavlikə qalib gəlib – 5:0 (29:28, 29:28, 29:28, 30:27, 29:28).

Azərbaycan millisi 40 ölkədən 400 idmançının atıldığı qitə birinciliyini 1 qızıl və 1 bürünc medalla başa vurub. Öncə Amin Məmmədzadə (51 kq) 3-cü yeri tutub.

Həmin kateqoriyadan

AzerbaijaniEnglishRussianTurkish