Gənc boksçuların ölkə birinciliyi başlayır

Bu gün gənclər arasında boks üzrə Azərbaycan birinciliyinə start veriləcək. Allsport.az saytı xəbər verir ki, Bakı boks mərkəzində 13 çəkidə mükafatçılar müəyyənləşəcək.

Çempionata respublikanın müxtəlif şəhər və rayonlarının klublarını, həmçinin idman cəmiyyətlərini təmsil edən 56 komandanın 215 oğlan boksçusu qatılacaq. Yarışın açılış mərasimi saat 12:30-da, döyüşlər saat 13:00-da başlanacaq. Qaliblərin adına isə dekabrın 22-də aydınlıq gələcək.

Bununla yanaşı, yeniyetmə və gənc qızlar, həmçinin qadın boksçular arasında da ölkənin ən güclüsü bəlli olacaq. Mükafatçılar yığmanın heyətinə cəlb olunacaq və beynəlxalq yarışlarda ölkəmizi təmsil edəcəklər.

Birinciliyin baş hakimi Emil Qurbanəliyev olacaq.

Həmin kateqoriyadan

AzerbaijaniEnglishRussianTurkish