Gənc boksçuların Subotitsa sınağı

18-18 sentyabrda Serbiyanın Subotitsa şəhərində gənc boksçularlın beynəlxalq turniri keçiriləcək. Allsport.az saytı xəbər verir ki, yarışda Azərbaycan millisi oğlanlarda qüvvəsini sınayacaq. Baş məşqçi Elbrus Rzayev və məşqçi Vüqar Məmmədovun rəhbərliyi ilə ölkəmizi 12 nəfər təmsil edəcək.

Bunlar Kənan Babayev (48 kq), Amin Məmmədzadə (51 kq), Nadir Məlikov (57 kq), Tacı Tağızadə (60 kq), Səid Abdullayev (63,5 kq), Sənan Hətəmov (67 kq), Daniel Xolostenko (71 kq), Rza Rzazadə (75 kq), Fətəli İsmayılov (80 kq), Rəşid Məmmədov (86 kq), Məmməd Quliyev (92 kq) və Səbuhi Əlizadədir (+92 kq).

Həmin kateqoriyadan

AzerbaijaniEnglishRussianTurkish