- Baxış sayı: 25
- 13 Noyabr 2025 14:47
- Baxış sayı: 175
- Noyabr 13, 2025
- 0

Çex Respublikasının paytaxtı Praqada gənc cüdoçuların Avropa kuboku keçirilir. Allsport.az saytı xəbər verir ki, millimiz bu sınaqda yüksən nəticə göstərir.
İlk gündə Elçin İsmayılovun rəhbərlik etdiyi komandadan Rəşxan Baxşəliyev (55 kq), Əhməd Yusifov (60 kq), Nəzakət Əzizova (52 kq) qızıl, Rövşən Əliyev (55 kq), Kəramət Hüseynov (60 kq), Hasil Cəfərov (73 kq), Leyla Əliyeva (48 kq) gümüş, Balabəy Ağayev (55 kq), İsmayıl İbrahimov (66 kq), Yaqub Cavadov (66 kq) və Murad Fətiyev (73 kq) bürünc medal qazanıblar.