- Baxış sayı: 29
- 18 İyul 2025 17:58
- Baxış sayı: 163
- İyul 17, 2025
- 0
Gənc stolüstü tennisçilərdən ibarət millimiz Xorvatiyada 46 ölkənin iştirak etdiyi Avropa birinciliyində 3-cü yeri tutub. Allsport.az saytı xəbər verir ki, yarımfinalda Rusiya millisinə məğlub olan tennisçilərimiz bürünc medala sahib olublar.
Yeniyetmə qızlarımız Çex Respublikasının yığmasına və Fransa millisinə qalib gələrək 9-cu olublar. Xorvatiya və Fransa komandalarını məğlub edən gənc qızlarımız isə 5-ci yeri tutublar. Azərbaycanın stolüstü tennis tarixində ilk dəfə olaraq bu cür nəticə göstərilib.
Gənclər arasında Avropa birinciliyi iyulun 17-dək davam edəcək. Qarşıda yeniyetmə və gəncləri şəxsi, qoşa və qarışıq qoşa proqramda mübarizə gözləyir.