Gənc taekvondoçumuz Antalyada 2-ci oldu

Dünən Antalyada G-2 kateqoriyalı Türkiyə açıq beynəlxalq turnirinin açılış mərasimi keçirilib.

Allsport.az xəbər verir ki, tədbirdə Türkiyə taekvondo federasiyasının rəhbərliyi tərəfindən Azərbaycan taekvondo federasiyasına xatirə hədiyyəsi təqdim olunub.
Ötən gün həmçinin yeniyetmələr yaş kateqoriyasında ölkəmizi təmsil edən “Kristal Abşeron” klubunun yetirməsi Ülvi Məmmədov (37 kq) gümüş medala layiq görülüb. Finala gedən yolda idmançımız 5 rəqibi üzərində qələbə qazanaraq həlledici qarşılaşmada türkiyəli taekvondoçuya məğlub olub.
Bu gün yarışda böyükyaşlı taekvondoçularımız mübarizəyə qoşulublar. Böyüklər arasında qarşılaşmalara sabah yekun vurulacaq. Fevralın 13-14-də isə gənclər tatami üzərində mübarizə aparacaqlar.

Həmin kateqoriyadan