Gənc voleybolçular hər üç oyunda uduzdu

16 yaşadək voleybolçu oğlanlardan ibarət yığma Avropa çempionatının 2-ci təsnifat mərhələsində mübarizəni başa vurub.

Allsport.az xəbər verir ki, aprelin 25-də İspaniyada start götürən yarışda “B” qrupunda yer alan milli meydan sahibi ilə yanaşı, Estoniya və Avstriya komandaları ilə qarşılaşıb. Komanda hər üç görüşdə məğlub olub.

AVRO-2025-in ikinci təsnifat mərhələsində 20 komanda 5 qrupda mübarizə aparıb. Qruplarda ilk iki yeri tutan komandalar, həmçinin üçüncü yeri tutan ən yaxşı iki komanda qitə çempionatının final mərhələsinə vəsiqə qazanıb.

Oyunların nəticəsi

25 aprel

“B” qrupu

Azərbaycan – Estoniya 0:3 (13-25, 14-25, 17-25)

26 aprel

Azərbaycan – İspaniya 0:3 (10-25, 13-25, 9-25)

27 aprel

Avstriya – Azərbaycan 3:1 (25:12, 25:17, 24:26, 25:16)

Həmin kateqoriyadan