Nazir paytaxtın bəzi kənd və qəsəbələrində idman mərkəzlərinin fəaliyyəti ilə maraqlanıb

Avqustun 25-də gənclər və idman naziri Fərid Qayıbov paytaxtın bəzi kənd və qəsəbələrində idman mərkəzlərinin fəaliyyəti ilə maraqlanıb.

Allsport.az saytı xəbər verir ki, Nardaran qəsəbəsində idman zalında hazırkı vəziyyətlə tanış olan nazir zalın, eləcə də futbol meydançasının fəaliyyətinin genişləndirilməsi ilə bağlı müvafiq tövsiyələr verib.

Pirşağı-Kürdəxanı idman zalının fəaliyyətinə baxış zamanı burada yaradılmış şərait barədə məlumat verilib. Karate, cüdo, yunan-Roma güləşi və futbol bölmələrinin mövcud olduğu bu idman qurğusunda yeni növlərin inkişaf etdirilməsi mövzusunda fikir mübadiləsi aparılıb.

Həmçinin Maştağa olimpiya idman kompleksinə də baxış keçirilib. Kompleksin fəaliyyətinin bərpa edilməsi üçün burada görülməli işlər müzakirə olunub.

Həmin kateqoriyadan

AzerbaijaniEnglishRussianTurkish