Gerye debütündə qol vurdu

Kipr çempionatında 26-cı turun oyunları keçirilir. Allsport.az xəbər verir ki, “Apollon” evdə “Enosis”i 2:1 hesabı ilə məğlub edib.

Qış fasiləsində “Qarabağ”dan ayrılaraq, “Apollon”a keçən Donald Gerye komandada debüt edib. Matçda hesabı 69-cu dəqiqədə haitili futbolçu açıb. Bununla da 31 yaşlı futbolçu debüt oyununda fərqlənməyi bacarıb.

“Apollon”un heyətində “Qəbələ” və “Neftçi”nin keçmiş hücumçusu Baqali Dabo da meydanda olub.

“Apollon” 54 xalla turnir ccədvəlində 3-cüdür. Limassol təmsilçisi lider “Omoniya”dan 2 xal geri qalır.

Həmin kateqoriyadan

AzerbaijaniEnglishRussianTurkish