“Getməyimin kluba xeyri dəyəcəksə, mən hazıram”

“Sumqayıt” premyer liqanın 34-cü turunda səfərdə “Kəpəz”ə uduzub – 0:1. Allsport.az xəbər verir ki, “gənclik şəhəri” təmsilçisi oyundan sonra fikrini açıqlayıb:

“Gərgin oyun keçdi. Hər iki komanda qalib gəlmək istəyirdi. Bizim də imkanlarımız var idi. Lakin yaratdığımız fürsətləri qola çevirə bilmədiyimiz üçün məğlub olduq. Necə olacağını deyə bilmərəm, amma onu bilirəm ki, rəhbərliyin hər bir qərarına hörmətlə yanaşacağam. Əgər getməyimin kluba xeyri dəyəcəksə, mən hazıram.

Amma digər məsələ odur ki, biz artıq liqada qalmışıq. Əgər növbəti mövsüm imkan yaradılsa, mübariz bir kollektiv yaratmağa çalışacam və bundan sonra kimlərsə Vaqif Cavadovun işini qiymətləndirə bilər. Bu gün əlimdən gələni edirəm ki, komandam qalib gəlsin və daha yuxarı pillələrdə qərarlaşsın. Lakin təəssüflər olsun ki bəzi şeyləri dəyişdirmək mümkün deyil”.

Həmin kateqoriyadan