GİN-in rəhbərliyi dünya çempionatı mükafatçıları ilə görüşüb

Bu il Norveçdə keçirilən dünya çempionatında yunan-Roma güləşi millimiz 6 illik fasilədən sonra 1 qızıl, 1 gümüş və 2 bürünc medalla 107 xal toplayıb, komanda hesabında 3-cü olub.

Allsport.az saytı xəbər verir ki, bununla bağlı gənclər və idman nazirliyində görüş olub.

Nazir müavini İsmayıl İsmayılov və idman şöbəsinin müdiri Fərid Mansurov mükafatçıları bir daha təbrik ediblər, onlara yeni uğurlar arzulayıblar.

Xatırladaq ki, Osloda  Rafiq Hüseynov (82 kq) qızıl, Sənan Süleymanov (77 kq) gümüş, Eldəniz Əzizli (55 kq) və Murad Məmmədov (60 kq) bürünc medal qazanıblar.

Həmin kateqoriyadan

AzerbaijaniEnglishRussianTurkish