Gövhər Beydullayeva FİDE reytinqində 36 pillə irəliləyib

Beynəlxalq şahmat federasiyası yeni siyahı açıqlayıb.

Allsport.az saytı xəbər verir ki, bizdən Teymur Rəcəbov 5 pillə irəliləyərək, 11-ci olub (2747 xal), Şəhriyar Məmmədyarov isə 1 addım geriləyərək 2741 xalla 14-cüdür. Qədir Hüseynov (2661 xal) 86-cı, Nicat Abbasov (2646 xal) 100-cü, Rauf Məmmədov (2646 xal) isə 102-ci sıradadır.

Qadın şahmatçılarımızdan İtaliyada gənclər arasında dünya çempionu olan Gövhər Beydullayeva 36 cərgə önə keçərək 62-ci yerdə qərarlaşıb (2387 xal). Günay Məmmədzadə (2472 xal) 20-ci, Ülviyyə Fətəliyeva (2428 xal) 37-ci, Xanım Balacayeva (2379 xal) 73-cü, Gülnar Məmmədova (2376 xal) 78-ci yerdədirlər.

Həmin kateqoriyadan

AzerbaijaniEnglishRussianTurkish