Gövhər dünya çempionluğunu sona 1 tur qalmış təmin edib

İtaliyanın Sardiniya adasında gənclərin dünya çempionatının 10-cu turunda qızlarda Gövhər Beydullayeva sloveniyalı Zala Urh, Ləman Hacıyeva isə polşalı Livia Jarocka ilə heç-heçə ediblər.

Allsport.az saytı xəbər verir ki, oğlanlarda Abdulla Qədimbəyli macarıstanlı Adam Kozakla sülh bağlayıb, Məhəmməd Muradlı isə israilli Yair Parkhova qalib gəlib.  bu gün keçirilən

Bununla da, adı ilk çəkilən şahmatçımız 20 yaşlıların mübarizəsində qızıl medalı təmin edib. Gövhər Azərbaycanda bu idman növündə sözü gedən yaş qrupunda çempion olan ilk qadın şahmatçı olub.

Dünya çempionatı İsveçrə sistemi üzrə keçirilir və 11 turdan ibarətdir. Reqlamentə görə xallar bərabər olacağı halda şəxsi görüşlər nəzərə alınır.

Həmin kateqoriyadan

AzerbaijaniEnglishRussianTurkish