Göyçayda SSRİ idman ustası Böyükağa Quliyevin xatirəsinə güləş üzrə respublika turniri keçirildi – FOTO

Ölkəmizdə bədən tərbiyəsinə göstərilən böyük qayğı əhalinin müxtəlif təbəqələrinin idmana cəlb edilməsini ilbəil artırıb. Azərbaycan prezidenti İlham Əliyevin təşəbbüsü ilə 1998-ci ildən başlayaraq, iki ildən bir keçirilən yeniyetmələrin respublika oyunları idmanın həm bölgələrdə inkişafı, həm də kütləviliyi baxımından yeni mərhələnin əsasını qoyub. Ölkə başçısının ilk oyunlarda irəli sürdüyü “Qoy güclü qalib gəlsin!” arzu-şüarı çox keçmədən bütün yarışlarımızın əsas şüarına çevrilib. Dövlətimizin idman siyasətini daim diqqət mərkəzində saxlayan Göyçay ictimaiyyəti, xeyli vaxtdır bölgələrdə yeniyetmə bahadırların püxtələşərək, tələb olunan səviyyəyə çatdırılması istiqamətində ciddi iş aparır.

Allsport.az saytının məlumatına görə, mayın 24-də Göyçay olimpiya idman kompleksində SSRİ idman ustası Böyükağa Quliyevin xatirəsinə yeniyetmə yunan-Roma güləşçiləri arasında respublika turniri keçirildi. Yarışdan öncə rayon ictimaiyyəti Qarabaqqal kəndində mərhumun məzarını ziyarət etdilər, onun önünə gül dəstələri düzdülər. Çıxış edənlər Böyükağa müəllimin keçdiyi idman yolundan danışdılar. Nəzərinizə çatdıraq ki, sözü gedən ustad Göyçayda yunan-Roma güləşinin yaradıcısı olub.

Saat 13:00-da yarışın təntənəli açılışı başladı. İdmançılar hakimlərin müşayiəti ilə meydana daxil oldular. Öncə ümummilli lider Heydər Əliyevin, birinci və ikinci Vətən müharibələrinin şəhidlərinin, idman ustadlarının və Böyükağa Quliyevin xatirələri 1-dəqiqəlik sükutla yad edildi. Sonra dövlət himni səsləndirildi. Daha sonra çıxış üçün söz alan Mərkəzi Aran regional gənclər və idman idarəsinin rəisi Azad gözəlov, Göyçay rayon icra hakimiyyəti başçısının müavini Zivər Zeynalova, Ağdaş-Göyçay seçki dairəsindən millət vəkili Məzahir Əfəndiyev, Göyçay rayon Yeni Azərbaycan Partiyasının sədri Sahib Şükürov, Azərbaycan güləş federasiyasının hakimlər kollegiyasının sədri Qərib Əliyev, yunan-Roma güləşində olimpiya mükafatçısı, dünya və 3-qat Avropa çempionu Rafiq Hüseynov və dünya və qitə çempionatlarının mükafatçısı, erməni güləşçilərin qənimi Taleh Məmmədov mərhumun güləş ustasının keçdiyi yoldan, ölkə idmanında uğurlardan danışdılar.

Tədbirə dəvət alan veteran yerli güləşçilərdən Əlisahib Əliabbasovun 70-illik yubileyi münasibətilə ona Fəxri fərmanı AGF-in regionlarla iş üzrə əlaqələndiricisi Elfaq Səfərov və Mərkəzi Aran regional gənclər və idman idarəsinin tərtib etdiyi diplomu millət vəkili Məzahir Əfəndiyev təqdim etdilər. Göyçay təmsilçiləri yeniyetmələrin ölkə çempionatında komanda hesabında 2-ci yer tutduğuna görə, UGİM-in direktoru Namət Şirinovu Mərkəzi Aran regional gənclər və idman idarəsinin rəisi Azad Gözəlov da xüsusi diplomla təltifləndirdi.

Yüksək səviyyədə təşkil olunan 1-ci ənənəvi respublika turnurində müxtəlif bölgələrdən 23 komanda 192 idmançı iştirak etdi. Azərbaycan güləş federasiyasının beynəlxalq və milli dərəcəli hakimlərinin idarəçiliyi ilə görüşlər 3 xalçada keçirildi. Gərgin və maraqlı mübarizələrdə fəxri kürsüdə bu idmançılar yer aldılar:

29 kq
1.Ələkbər Nağıyev (“Lokomotiv”)
2.Yusif Cavadlı (“Lokomotiv”)
3.Yusif Zəkiyev (Pirallahı)
3.Harin Əhmədov (Sumqayıt)

32 kq
1.Fazil Babayev (Şəmkir)
2.Ömər Əliyev (Göyçay)
3.Məmmədrza Hüseynli (“Neftçi”)
3.Amil Hüseynov (Şəmkir)

35 kq
1.Bakir Məhərrəmli (Goranboy)
2.Əli İsmayılzadə (Yevlax)
3.Bilal Heydərli (Sumqayıt)
3.Fuad Şəbiyev (ROİL)

38 kq
1.Şahruz Yusifov (Goranboy)
2.Nurlan Əlizadə (Sumqayıt)
3.Nicat Cavadlı (Yevlax)
3.Nurlan İsmayılov (Mingçevir)

41 kq
1.Cahir Əhmədov (Şəmkir)
2.Rafiq Məmmədzadəv (Mingəçevir)
3.Zakir Həmzəyev (Göyçay)
3.Fərid Ağayev (Goranboy)

44 kq
1.Yusif Məmmədov (Balakən)
2.Mödlud Mustafayev (Şəmkir)
3.Məhəmməd Həsənli (Sumqayıt)
3.Adəm Quluzadə (“Lokomotiv”)

48 kq
1.Nəriman Cəfərzadə (Lənkəran)
2.Hacı Əlibəyov (Balakən)
3.Kənan Bayramov (Mingəçevir)
3.Nihad Şahbazov (Kürdəmir)

52 kq
1.İsmayıl Məmmədov (Balakən)
2.Feyruz Kazımlı (Kürdəmir)
3.Cəlil Kazımlı (Sumqayıt)
3.Ayxan Məmmədov (Şəmkir)

57 kq
1.Yusif Sadıqov (Sumqayıt)
2.Pınah Məmmədzadə (Kürdəmir)
3.Rafiq Hacızadə (Göyçay)
3.Pəhləvan Əlizadə (Sumqayıt)

62 kq
1.İbrahim Həsənov (Lənkəran)
2.Şamxal Hacızadə (“Lokomotiv”)
3.Məhəmməd Allahverdiyev (Yevlax)
3.Şirvan Vəliyev (“Neftçi”)

Həmin kateqoriyadan