- Baxış sayı: 32
- 13 May 2025 23:46
- Baxış sayı: 73
- May 13, 2025
- 0
Noyabrın 30-dan dekabrın 2-dək Göygöl olimpiya idman kompleksində AFFA-nın təşkilatçılığı, UEFA-nın dəstəyilə “D” kateqoriyalı məşqçi kursları keçiriləcək.
Allsport.az saytı xəbər verir ki, 3 günü əhatə edəcək kursa Göygöl rayonunda və ətraf regionlarda futbol oynayan uşaqların valideynləri, universitet tələbələri, eləcə də məşqçilik fəaliyyətinə başlamaq istəyən şəxslər cəlb olunub.
AFFA-nın məşqçi kurslarının təlimçiləri İlham Əzizzadə və Rasim Əliyev tərəfindən keçiriləcək kurs “Futbolun ilkin elementləri”, “Reallığa əsaslanan öyrənmə metodları”, “Kütləvi futbolda məşqçinin rolu” və digər mövzuları əhatə edəcək.