Göygöldə “D” kateqoriyalı məşqçi kursları

AFFA-nın təşkilatçılığı, UEFA-nın dəstəyi ilə Göygöl olimpiya idman kompleksində “D” kateqoriyalı məşqçi kurslarına start verilib. 

Allsport.az saytı xəbər verir ki, AFFA-nın məşqçi kurslarının təlimçiləri İlham ƏzizzadəRasim Əliyev tərəfindən keçirilən kursun ilk günündə iştirakçılara “Futbolun ilkin elementləri”, “Reallığa əsaslanan öyrənmə metodları”, “Kütləvi futbolda məşqçinin rolu” və digər mövzular haqqında danışılıb.

Göygöl rayonunda və ətraf regionlarda futbol oynayan uşaqların valideynləri, universitet tələbələri, eləcə də məşqçilik fəaliyyətinə başlamaq istəyən şəxslərin qatıldığı “D” kateqoriyalı məşqçi kursları 3 gün davam edəcək.

Həmin kateqoriyadan

AzerbaijaniEnglishRussianTurkish