- Baxış sayı: 41
- 09 Oktyabr 2024 11:59
- Baxış sayı: 81
- Oktyabr 10, 2024
- 0
5 keçmiş əməkdaşı güləş federasiyasının məhkəməyə verib. Balağa Zamanov, Mikayıl Xaliqov, Nizami Hacıyev, Nərgiz Əliyeva və Orxan İmaməliyev iddia ərizəsində AGF-dən 4 aylıq maaşlarını və məzuniyyət pullarının ödənilməsini tələb ediblər. Məhkəmə iddianı qismən təmin edib. Qərar belə olub ki, federasiya maaşları ödəsin, məzuniyyət pulları yox. Bir müddətdir axırıncı yola keçən AGF bu qərarla da razılaşmayıb və apellasiya şikayəti verərək maaşları ödəmək istəmədiklərini bildirib. Hazırda proses davam edir. Bu barədə qafqazinfo.az yazıb.
Xatırladaq ki, federasiya bu ilin mayın 31-dən heç bir əsas göstərilmədən 5 əməkdaşını işdən xaric edib. Məlumatı ilk allsport.az yazmışdı. Bundan 1 ay sonra işdən çıxan mətbuat katibi Mayis Musayev də səssiz qalıb. Onun da 4 aylıq maaşı qalıb. Hər kəsdə bu məbləğ ümumilikdə 4000-4500 manat civarındadır.
Saytımızın əldə etdiyi bilgiyə görə, yeni rəhbərlik Fazil Məmmədovdan qalan borcu ödəmək niyyətində deyil. Hətta sərbəst güləşçi Hacı Əliyev bu günlərdə keçirilən daxili toplantıda may ayında Kaspiyskdə uğurunun mükafatını tələb etdikdə, ona bu cavab verilib. 3-qat dünya çempionu bundan çox inciyib və Güləş Olimpiya Mərkəzini tərk etdiyi söylənilir.
AGF-in çox əməkdaşına borcu var. Amma rəhbərlik indi bunu qaytarmağı yox, əcnəbi məşqçi və Tokio-2020-yə uğurun yolunu axtarır. Hazırda vəziyyət çətindir. Bu növdə cəmi 18 dəst medal var, ona isə iddiaçıların sayı həddən artıq çoxdur. Nəzərə alaq ki, olimpiya oyunları Yaponiyada keçiriləcəyindən, ev sahibi qadın və sərbəst güləşdə gerçək olaraq, əz azı, 6 qızıl mükafatı hədəfləyib.