Güləş federasiyası “Unutma, YAŞAT!” minifutbol turnirinin qalibi olub

Gənclər və idman nazirliyinin təşkilatçılı ilə Zəfər gününə həsr olunmuş “Unutma, YAŞAT!” minifutbol turnirinə yekun vurulub. Allsport.az saytı xəbər verir ki, bu gün finalda güləş və taekvondo federasiları üz-üzə gəliblər. Gərgin mübarizədə tərəflər hərəyə 2 dəfə fərqlənib.

Qarşılaşma heç-heçə başa çatdığından, qalib penalti sıralamasında müəyyənləşib. Sərbəst güləş üzrə gənclərdən ibarət millinin məşqçisi Əşrəf Əliyevin qapıda etibarlı çıxışı, bahadırların çempion olması ilə nəticələnib.

Xatırladaq ki, ötən il ilk dəfə keçirilən yarışda güləşçilər gümüş medal qazanmışdı.

Həmin kateqoriyadan

AzerbaijaniEnglishRussianTurkish