Güləş federasiyasının nümayəndələri elmi-tədris laboratoriyası ilə tanış olublar

Sərbəst güləş millisinin Azərbaycan dövlət bədən tərbiyəsi və idman akademiyasının elmi-tədris laboratoriyasında tibbi və fiziki testlərdən keçiriliblər.

Allsport.az saytı xəbər verir ki, ötən gün seçmə komandalarının məşqçiləri və federasiya rəsmiləri həmin laboratoriyada yaradılmış şəraitlə tanış olub.

Mütəxəssislər idmançılardan götürülmüş tibbi və psixoloji testlərin nəticələrini açıqlamaqla yanaşı, idman təbabəti, idman elmi, qidalanma, idman psixologiyası, laktat testləri və s. haqqında geniş məlumat verib.

Həmin kateqoriyadan

AzerbaijaniEnglishRussianTurkish