- Baxış sayı: 40
- 11 Fevral 2025 22:14
- Baxış sayı: 102
- Fevral 10, 2025
- 0
Dünya güləş birliyi (UWW) beynəlxalq dərəcəli hakimlərin siyahısını yeniləyib.
Allsport.az xəbər verir ki, Azərbaycan güləş hakimlərindən daha üçü ötən il iştirak etdiyi yarışların və imtahanların nəticəsinə əsasən yuxarı kateqoriyaya keçib.
Eldar Məmmədov və Kamran Baxışov III dərəcədən II dərəcəyə yüksəlib. Buna qədər milli dərəcəli hakim olan Qədim Qurbanov isə beynəlxalq referi statusuna yiyələnərək III dərəcəyə sahib çıxıb.
Hazırda Azərbaycanın güləş üzrə 25 ədalət təmsilçisi beynəlxalq kateqoriya daşıyır.