- Baxış sayı: 27
- 25 Yanvar 2026 10:21
- Baxış sayı: 177
- Yanvar 22, 2026
- 0

Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” tipli sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində çoxsaylı insan itkisi ilə əlaqədar dekabrın 26-da Azərbaycanda matəm elan edilib.
Allsport.az xəbər verir ki, bu səbəbdən güləş üzrə Azərbaycan çempionatında 1 günlük təxirəsalma qərarı verilib.
Beləliklə, sərbəst güləş üzrə 57, 65, 74, 86 və 97 kq-da mübarizə dekabrın 27-də baş tutacaq. 61, 70, 79, 92 və 125 kq-da qaliblər isə dekabrın 28-də müəyyənləşəcək. Yarışın son iki gününün görüşləri də Bakı idman sarayında keçiriləcək.