- Baxış sayı: 37
- 08 Dekabr 2024 15:40
- Baxış sayı: 150
- Dekabr 09, 2024
- 0
Bu gün Romada güləş üzrə “Matteo Pellikone” turniri start götürəcək. Allsport.az saytı xəbər verir ki, iyunun 25-dək davam edəcək ənənəvi yarış cari ilin 3-cü reytinq turniri statusunu daşıyır. Yunan-Roma güləşi üzrə millimiz baş məşqçi Aleksandr Tarakanov, böyük məşqçi Rövşən Bayramov və məşqçi Həsən Əliyevin rəhbərliyi altında mübarizə aparacaq.
Heyətdə Eldəniz Əzizli, Murad Məmmədov, Nihat Məmmədli (hamısı – 60 kq), Taleh Məmmədov (63 kq), Həsrət Cəfərov (67 kq), Ülvü Qənizadə (72 kq), İslam Abbasov (87 kq), Murat Lokyayev, Arif Niftullayev (hər ikisi – 97 kq), Beka Kandelaki və Sabah Şəriəti (130 kq) yer alıblar. Aparıcı güləşçilərimizdən Sənan Süleymanovla (77 kq) Rafiq Hüseynov (82 kq) zədə üzündən bu turnirdə iştirak etməyəcəklər.
Proqrama əsasən, Ülvü istisna olmaqla, bütün milli üzvləri sabah mübarizəyə başlayacaq. Görüşlər hər gün Bakı vaxtı ilə 12:30-da start götürəcək. Qaliblər elə həmin gün müəyyənləşəcək. Medallar uğrunda qarşılaşmalar 20:00-da başlayacaq. Qənizadə isə növbəti gün xalça üzərinə çıxacaq.
Turnirin son 2 günündə sərbəst güləşçilər mübarizəyə qoşulacaq. Baş məşqçi Namiq Abdullayev, böyük məşqçi Zəlimxan Hüseynov və məşqçi Arif Abdullayevin rəhbərliyi altında Əfqan Xaşalov, Əliabbas Rzazadə (hər ikisi 57 kq), İslam Bazarqanov, Tural Hüseynov (hər ikisi – 61 kq), Hacı Əliyev, Əli Rəhimzadə (65 kq), Coşqun Əzimov, Murad Yevloyev (70 kq), Turan Bayramov, Cəbrayıl Qadjiyev, Xadjimurad Qadjiyev (74 kq), Əşrəf Aşırov, Hacımurad Ömərov (79 kq), Əbubəkr Abakarov, Orxan Abasov (86 kq), Osman Nurməhəmmədov (92 kq) və Məhəmmədxan Məhəmməddov (97 kq) ölkəmizi İtaliya paytaxtında təmsil edəcəklər.
İyunun 24-də son Avropa çempionu Maqomedxan Maqomedov çıxış edəcək. Yarışın son günündə isə digər yığma üzvləri xalça üzərinə çıxacaq.
Qeyd edək ki, reytinq turnirində I kateqoriyalı hakim Natiq Hacıyev ədaləti qoruyacaq.