- Baxış sayı: 57
- 20 İyul 2025 11:02
- Baxış sayı: 143
- İyul 20, 2025
- 0
Sərbəst güləş üzrə U-20 milli komanda növbəti təlim-məşq toplanışına start verib. Allsport.az xəbər verir ki, yığmamız mayın 28-dən iyunun 11-dək Qax olimpiya idman kompleksində ümumi və xüsusi fiziki hazırlıq üzrə toplanış keçəcək. 30 iyun – 6 iyulda İtaliyanın Kaorle şəhərində baş tutacaq Avropa çempionatına hazırlıq xarakteri daşıyan toplanışda böyük məşqçi Arif Abdullayev, məşqçilər Rövşən Hacıyev və Nazim Əlicanovun rəhbərliyi ilə 20 idmançı qatılıb.
Bunlar Vasif Bağırov, Sədrəddin Həsənov, Hüseyn Hüseynov (hamısı – 57 kq), Zamin Məmmədov, Bəşir Verdiyev (hər ikisi – 61 kq), Hacı Kərimov, Elcan İsmayılzadə (65 kq), İsmayıl Rəhimli, Nurlan Ağazadə (70 kq), Ömər Gülməmmədov, Fazil İsmayılzadə (74 kq), Muradxan Ömərov (79 kq), Məhəmməd Abbaszadə, Təbriz Bayramov, Vasif Xudiyev (86 kq), Anar Cəfərli, Şəmistan Axundov (92 kq), Rəvan Musayev (97 kq), Yusif Dursunov və Məhəmməd Qandəmirovdur (125 kq).