Güləşçilərdən maksimum göstərici

Xorvatiyanın Poreç şəhərində çimərlik güləşi üzrə dünya seriyasının 2-ci mərhələsi start götürüb.

Allsport.az xəbər verir ki, ilk yarış günündə güləşçilərimiz maksimum nəticəyə imza atıb.

Vüsal Əliyev (80 kq) debütant olmasına baxmayaraq, yarışa inamlı start verib. Həmyerlimiz ukraynalı Oleksey Xarçukla serbiyalı Milyan Rayiçi 3:0 hesabıyla məğlub edib.

Bu növdə 3-qat dünya çempionu olmuş İbrahim Yusubov (90 kq) isə “A” qrupunda həm fransalı Leon Mayranda, həm də almaniyalı Kevin Qremə 3:0 hesabıyla qalib gəlib.

İkinci yarış günündə qrup mərhələsinin son görüşləri və medallar uğrunda həlledici qarşılaşmalar keçiriləcək.

Həmin kateqoriyadan